20.05.25 | Bakı 16.48° C |
10:06:25
Lent :

Müəllimlər üçün müsabiqə elan edildi - Seçim BAŞLAYIR

20 may 2025 13:00
GÜNDƏM
ads

Təhsil İnstitutu 2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək şəxslərin seçimi üçün yenidən “Müasir metodist” müsabiqəsi elan edir.

Qutb.az xəbər verir ki, ölkənin müxtəlif regionlarından sertifikasiya imtahanından uğurla keçən fənn müəllimləri (ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat) və 2025-ci ilin iyun ayında sertifikasiyadan keçəcək olan fənn müəllimləri (coğrafiya, biologiya, kimya, fizika və informatika) müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:

  • Pedaqoji təhsil;
  • Ən azı 7 illik pedaqoji təcrübə;
  • Sertifikasiya balı 51 və 51-dən yuxarı;
  • İKT bacarıqları;
  • Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).

Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb edilirlər.

Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb edilirlər.

Sertifikasiya imtahanına cəlb olunmamış, lakin müsahibə mərhələsindən uğurla keçmiş müəllimlərin təlimlərə cəlb olunması onların sertifikasiya balından (51-dən yuxarı bal) asılı olaraq müəyyən ediləcək.

Qeydiyyat üçün son müraciət tarixi 20 iyun 2025-ci ildir.

Qeydiyyatdan keçmək üçün müvafiq keçidə daxil ola bilərsiniz:  //docs.google.com/forms/d/1y6xgieLqYedsEc5bAUZOSu9xiE8eUeLhBy_QrzbetoE/viewform?edit_requested=true

Qeyd edək ki, öncəki müsahibə nəticələri yaxın günlərdə açıqlanacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.48° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur