05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Müəllimlərin müsabiqəsində problem: sistem çökdü

05 may 2025 07:00
GÜNDƏM
ads
Advertisement

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində problem yaranıb.

Qutb.az xəbər verir ki, müsabiqənin vakansiya seçiminin sonuncu günü iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu mərhələsindən keçmiş müəllimlər şəxsi səhifələrinə keçid etmək istəyərkən “sürpriz”lə qarşılaşıblar. Belə ki, vakansiya seçiminə buraxılan müəllimlər bazar günü saat 17.00-dan sonra www.miq.edu.az/yerdeyishme saytında şəxsi səhifələtinə daxil ola bilməyiblər.

Nəticədə onlarla müəllim elektron ərizəsini təsdiqləyə bilməyib. Müəllimlər problem barədə sosial şəbəkələrdə məlumat versələr də, sistemə cavabdeh qurumlardan səs-soraq çıxmayıb.

Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin sosial şəbəkə hesabına edilən çoxsaylı müraciətlər də cavabsız qalıb.

Problem hələ ki həllini tapmayıb.

Müsabiqə üzrə vakansiya seçimi isə bu gün - 5 may saat 13:00-da başa çatacaq.

Ərizəsini təsdiqləyə bilməyən müəllimlər müsabiqə vaxtının uzadılmasını, onlara şans yaradılmasını tələb ediblər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur