16.07.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Neftçalada “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

15 iyl 2025 20:00
GÜNDƏM
ads

Neftçala Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin-qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Qutb.az xəbər verir ki, Tştəqdimat mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitunun baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə İşçi Qrupunun sədri, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Günay Ağamalı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, sosiologiya üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan ərazilərinin maddi-mədəni irsi ilə bağlı nəşr edilən kitabların müəllifi Əfqan Vəliyev, tənqidçi, publisist, Filologiya üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, AMEA Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Qərbi Azərbaycan İcmasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgəsi üzrə qazısı Hacı Hüsnü Həsənov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ziyalılar və rayon ərazisində məskunlaşan qərbi azərbaycanlı ailələrin təmsilçiləri iştirak ediblər. 

 

Təqdimat iştirakçıları və qonaqlar ilk öncə Neftçala şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb və əziz xatirəsi ehtiramla yad edilib.

Təqdimat mərasimi başlamazdan öncə qədim yurdumuz olan Qərbi Azərbaycan mövzusuna aid nəşr olunan kitab və çap materiallarından ibarət sərgiyə baxış keçirilib.

 

Tədqimatdan öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir Qərbi Azərbaycanın tarixini, mədəniyyətini və bu torpaqlarda yaşamış azərbaycanlıların məruz qaldığı ədalətsizlikləri əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək bildirib ki, bu kitab yalnız bir elmi nəşr deyil, eyni zamanda Qərbi Azərbaycanda əsrlər boyu formalaşan zəngin mədəni-mənəvi irsin təbliği baxımından milli yaddaş kitabıdır.

 

Qərbi Azərbaycan bizim ulu babalarımızın, böyük nəsillərin ata-baba yurdudur. Bu torpaqlarda formalaşmış mədəniyyət, dil, adət-ənənələr Azərbaycan xalqının bütövlüyünün və tarixi köklərinin sübutudur. Təəssüf ki, tariximizin müəyyən mərhələlərində bu ərazilərdə kütləvi deportasiyalar baş verib. Bu gün təqdim olunan kitab həmin yaddaşın dirçəldilməsi, gələcək nəsillərə ötürülməsi istiqamətindən mühüm addımdır. 

 

Qərbi Azərbaycanda soydaşlarımıza qarşı yalnız fiziki deyil, həm də mənəvi soyqırımı törədilib. Tarixən bu torpaqlarda formalaşan mədəniyyət nümunələri — məscidlər, qəbiristanlıqlar, tarixi abidələr planlı şəkildə məhv edilib və yer adları dəyişdirilərək əsl izlər silinməyə çalışılıb.

Ermənistan tərəfindən müxtəlif illərdə həyata keçirilən deportasiyalar nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından məcburi şəkildə çıxarılıb. Bu, təkcə bir xalqın torpağından deyil, həm də onun kimliyindən, tarixindən, mənəviyyatından uzaq salınması cəhdi idi. Bu günkü “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı – məhz o tarixi həqiqətlərin unudulmaması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından olduqca əhəmiyyətlidir.

RİH-in başçısı əlavə edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycanla bağlı aparılan məqsədyönlü fəaliyyət, bu mövzuda hazırlanan elmi əsaslı nəşrlər və beynəlxalq platformalarda səsləndirilən haqlı mövqelər, soydaşlarımızın öz yurdlarına təhlükəsiz qayıdışını təmin etməyə yönələn mühüm addımlardır. 

RİH-nin başçısı təqdimat mərasimində iştirak edən qonaqlara, eyni zamanda təqdimatı keçirilən kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə səmimi təşəkkürünü bildirib. 

 

Tədbirdə çıxış edən digər natiqlər, Qərbi Azərbaycan İcmasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgəsi üzrə qazısı Hacı Hüsnü Həsənov, “Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva, həkim-oftalmoloq, Neftçala rayonunda yaşayan Qərbi Azərbaycanlı Süsən Əliyeva kitabda toplanan, elmi əsaslandırılan faktların, statistik məlumatların, toponimlərin, mədəniyyət nümunələrinin və tarixi hadisələrin birbaşa tədqiqatçılar, müəllimlər, tələbələr və ümumilikdə cəmiyyət üçün dəyərli mənbə olduğunu qeyd edib. 

 

Nəşrin həm hüquqi baxımdan, beynəlxalq tribunalara təqdim oluna biləcək tarixi sənəd xarakteri daşıdığını bildiriblər. Beynəlxalq miqyasda bu irsin tanıdılması, dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillər üçün elmi əsaslarla toplanaraq qorunmasını vacib məsələ kimi vurğulayıblar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur