05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Nəzakət Teymurova: O torpaqda yenidən həyat qurmaq lazımdır

18 mar 2024 09:00
GÜNDƏM
ads
Advertisement

"Hər bir azərbaycanlıya çağırış edirəm. Gəlin, bir olaq, birgə olaq. Hamımız dəstək olaq. O torpaqda yenidən həyat qurmaq lazımdır. Və bu da bizim çiynimizə düşür".

Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Nəzakət Teymurova deyib.

Bir sənətkar olaraq doğma yurda qayıdıb, yaşayacağını bildirən Xalq artisti orada Azərbaycan mədəniyyəti üçün əlindən gələni edəcəyini deyib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İlk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Nəzakət Teymurovun iştirakı ilə hazırlanmış növbəti videoçarxı təqdim edirik:


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur