05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

“Nikosayağı”nın məhkəməsində narazılıq

23 yan 2024 07:00
GÜNDƏM
ads

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.

Publika.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.

Məhkəmə iclası qapalı olduğundan hər hansı bir məlumat əldə etmək mümkün olmayıb.

Xatırladaq ki, məhkəmə proseslərinin hazırlıq iclası və son - hökm hissəsi ictimaiyyət üçün açıq keçirilməlidir.

Bu da media nümayəndələrinin etirazına səbəb olub.

Hazırlıq iclası davam edir.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə Yük maınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya edilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur