Kiminlə və hansı səviyyədə əməkdaşlıq etmək barədə qərar Ermənistanın suveren hüququdur və bu, Ermənistanın, onun xalqının maraqlarına əsaslanır.
Publika.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan fevralın 23-də İrəvanda Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə birgə keçirdiyi brifinqdə belə deyib.
“İrana gəlincə, Ermənistan-Fransa əməkdaşlığı Ermənistanın adınadır və heç kimə qarşı yönəlməyib. Bizim həm Fransa, həm də İranla əməkdaşlıq etmək hüququmuz var. Fransalı tərəfdaşlarımız digər tərəfdaşlarla əməkdaşlığımıza, iranlı tərəfdaşlarımız isə digər tərəfdaşlarla əməkdaşlığımıza hörmətlə yanaşırlar. Düşünürəm ki, Rusiya da bunu etməlidir. Ermənistanın öz maraqlarına uyğun əməkdaşlığa dair heç bir tabu yoxdur. Bu əməkdaşlıq heç bir ölkəyə qarşı yönəlməyib”, - o bildirib.
Papikyan qeyd edib ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistan hərbi-texniki əməkdaşlığın şaxələndirilməsi vəzifəsini qarşısına məqsəd qoyub.
Tural