14.05.25 | Bakı 19.50° C |
10:06:25
Lent :

Peşə təhsilli müəllimlər də sertifikasiya imtahanı verəcək? - Agentlik açıqladı

14 may 2025 17:00
GÜNDƏM
ads
Advertisement

Məlum olduğu kimi, orta məktəb müəllimlərinin sertifikatlaşdırılmasının ardınca musiqi müəllimlərinin də  attestasiyası başlanıb. Burada məqsəd müəllimlərin bilik və bacarıqlarını yoxlamaq, müasir təhsil sisteminə uyğunlaşmasına şərait yaratmaqdır. Maraqla gözlənən mövzulardan biri də peşə təhsili müəssisələrində müəllimlərinin bilik və bacarıqlarının yoxlanılması ilə bağlıdır.

Peşə təhsilimüəssisələri müəllimlərinin bilik və bacarıqlarının yoxlanılması necə həyata keçirilir?

Qutb.az mövzu ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, peşə təhsili müəssisələrində tədris aparan təhsilverənlərin bilik və bacarlqlarının yoxlanılması istiqamətində Təlimat hazırlanıb:

“2025-2026-cı tədris ilində peşə təshili müəssisələrində təhsilverənlərin monitorinqinin həyata keçirilməsi nəzərdə tutulub. Cari tədris ili ərzində təhsilverənlərin təlim ehtiyaclarının öyrənilməsi istiqamətində bütün peşə təhsili müəssisələri arasında sorğu keçirilmişdir. Sorğuda 1261 müəllim iştirak etmişdir.

Sorğunun nəticələri emal edilmiş və təhsilverənlərin təlim ehtiyacı müəyyənləşdirilmişdir. Müvafiq ehtiyaclara uyğun təhsilverənlər müxtəlif istiqamətlər üzrə ixtisasartırma təlimlərinə cəlbedilmişdir”.

İrəlidəki illərdə peşə təhsili müəssisələri müəllimlərinin də sertifikatlaşdırma prosesinə cəlb edilməsi gözlənilirmi?

Məlumatda bildirilib ki, hazırda Peşə təhsili müəssisələrində işləyən ümumtəhsil fənn müəllimlərinin sertifikasiyası aparılır.Peşə fənnlərini tədris edən müəllim və ustaların isə bilik və bacarıqlarının qiymətləndirilməsi yalnız işə qəbul zamanı aparılır.Növbəti il üçün peşə təhsili fənnlərini tədris edən müəllim və ustaların sertifikasiyası nəzərdə tutulmayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.50° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur