19.05.25 | Bakı 18.77° C |
10:06:25
Lent :

Pezeşkian Paşinyana mesaj göndərdi

19 may 2025 04:00
GÜNDƏM
ads
Advertisement

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana işgüzar səfəri çərçivəsində İran prezidenti Məsur Pezeşkianla görüşüb.

Qutb.az İran KİV-nə istinadən xəbər verir ki, görüş zamanı həmsöhbətlər Ermənistan və İran arasında əlaqələrin dinamik inkişafından məmnunluq ifadə ediblər və ikitərəfli səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyana salamlarını çatdırıb.

Armen Qriqoryan İranın ali liderinin müşaviri, Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi ilə də görüşüb. Görüşdə Qriqoryan və Xərrazi kommunikasiyaların bloklanması məsələsini və Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsini müzakirə ediblər.

A.Qriqoryanın digər görüşü İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə olub.
Əhmədian bildirib ki, İran düşmənlərin Ermənistanla strateji əlaqələrini pozmağa imkan verməyəcək.
İranın bütün qonşuları ilə sıx əlaqələr saxlamaq siyasətini vurğulayan Əhmədian bildirib ki, kənar qüvvələr bütün regionda sülhün olmasında maraqlı deyil. İran rəsmisi Tehran və İrəvan arasında birgə layihələrin tam şəkildə həyata keçirilməsinin vacibliyini də vurğulayıb.

Qriqoryan öz növbəsində İranı ölkəsini dəstəklədiyinə görə yüksək qiymətləndirib. O, Ermənistanla İran arasında əlaqələrin genişlənməsinin başqalarının iradəsindən asılı olmadığını vurğulayıb. Erməni rəsmi həmçinin İranın özəl sektorunun Ermənistanda iqtisadi və enerji layihələrində tərəfdaşlığını yüksək qiymətləndirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.77° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur