20.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Polkovnik Samir Həziyev həbs edildi

24 iyl 2024 17:00
GÜNDƏM
ads
Advertisement

N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub.

Publika.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

"Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilməsi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi faktını təsdiq edirəm.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək", - o qeyd edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur