Əhaliyə ödənilən pensiya və təqaüdlərin məbləği açıqlandı
Ən cəlbedici 4 BÜRC hansılardır?
“2025-ci ilin sonundan etibarən işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənməmiş sahələrdə xüsusi dronlar vasitəsilə radiasiya təhlükəsizliyi yoxlanılır. Bu fəaliyyət Azərbaycanda ilk dəfə həyata keçirilir”.
Qutb.az xəbər verir ki, bunu TV1-ə Nüvə Tədqiqatları Departamentinin rəhbəri Cəlal Nağıyev deyib.
O bildirib ki, bu fəaliyyət Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyinin layihəsi çərçivəsində həyata keçirilir.
Dron texnologiyası ilə radiaktiv çirklənməyə məruz qalan ərazilər yoxlanılır.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayından 400 şəxs mina terrorunun qurbanı olub, onlardan 70 nəfər həlak olub, 330 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.