31.07.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

Qazi jurnalistlər Türkiyənin məşhur media qurumlarında - FOTO+VİDEO

30 iyl 2025 13:00
GÜNDƏM
ads

Türkiyədə səfərdə olan azərbaycanlı qazi jurnalistlərin silsilə görüşləri davam edir.

Qutb.az xəbər verir ki, mediamızın döyüşən simaları səfər çərçivəsində daha üç media qurumunun qonağı olublar.

Əvvəlcə Türkiyənin məşhur Demirören Xəbər Agentliyi (DHA) ziyarət olunub. Qonaqları qarşılayan qurumun direktoru Cemal Coşkun DHA-nın gördüyü işlər, gələcək prioritetləri, sosial mediadakı fəaliyyəti haqda geniş məlumatlar verib. Bu yaxınlarda Xankəndi şəhərində keçirilən lll Şuşa Qlobal Media Forumunun da iştirakçısı olduğunu diqqətə çatdıran Cemal Coşkun Türkiyə və Azərbaycan mətbuatının fəaliyyətini yüksək qiymətləndirib.

Görüşün sonunda qazi jurnalistlər Cemal Coşkuna hədiyyələr təqdim edib, eyni zamanda, xatirə fotosu çəkilib.

Ardınca "Türkiye Gazeteciler Cemiyyeti" ziyarət olunub. Cəmiyyətin baş katibi Sibel Güneş Türkiyədə media mənsublarının fəaliyyəti, o cümlədən jurnalistlərin hüquqlarının müdafiəsi haqda görülən işlərdən bəhs edib.

Görüşün sonunda isə Sibel Güneşə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

Qazi jurnalistlərin bugünlük son dayanacağı isə "Küresel Gazeteciler Konseyi" olub. Görüşdə KGC-nin Xarici məclis sədrinin müavini Ahmet Coşkunaydın, o cümlədən qurumun İdarə Heyətinin üzvü, Parlament Jurnalistləri Birliyinin rəhbəri, Modern Media Qrupun direktoru, eyni zamanda səfərin təşkilatçılarından olan Elşad Eyvazlı da iştirak edib.

Görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, qazi jurnalistlərin Türkiyəyə səfəri MediaTürk TV-nin təşəbbüsü, TİKA Azərbaycan-ın koordinatorluğu, Türkiyə Media İş Sendikası və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçlığı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təşkil olunub.

Jurnalistlərin görüşləri növbəti günlərdə də davam edəcək.

1452679

1452680

14526811452682

 

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur