23.10.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

QHT Agentliyinə 1000-ə yaxın layihə verildi

23 okt 2025 17:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələri və Agentliyin bp ilə birgə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrinə QHT-lərdən layihələrin qəbulu 2025-ci il oktyabrın 22-də başa çatıb.

Agentlikdən Qutb.az-a verilən məlumata görə, elan edilmiş müsabiqələr üzrə ümumilikdə, 980 QHT müvafiq elektron sistem üzrə sənədlərini yerləşdirməyə başlayıb, lakin onlardan 759-u proseduru sona qədər uğurla tamamlayaraq layihələrini sistemə yükləyib.

Daxil olmuş 759 QHT layihəsindən 695-i Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələri üzrədir:

Böyük qrant: 64

Orta qrant: 152

Kiçik qrant: 479
 

Agentliyin bp ilə birgə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrinə isə 64 QHT layihəsi daxil olub:

Böyük qrant: 11

Orta qrant: 18

Kiçik qrant: 35
 

QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin texniki seleksiyasına başlanılıb.

Ekspertiza mərhələsindən sonra layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur