08.05.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

QHT-dən növbəti layihə- “Erkən nikahların və qohum evliliyinin fəsadlarına dair profilaktik tədbirlər” 

11 avq 2024 20:14
GÜNDƏM
ads
Advertisement

9-11 avqust tarixlərində Lənkəran şəhərində Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi , "Qayğı" Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İctimai birliyinin təşkilatçılığı ilə "Təlimçilər üçün olan Təlim" formatı çərçivəsində "Qohum nikahları əleyhinə maarifləndirmə" adlı sosial-aktual layihə keçirilmişdir.

Advertisement

Kifayət qədər gündəmdə olan və öz aktuallığını qoruyub saxlayan bu layihədə ölkəmizdə kifayət qədər geniş yayılmış qohum evliliyinin fəsadları və yarada biləcəyi problemlərin ətrafında ölkə gəncləri arasında ətraflı fikir mübadiləsi aparılmışdır.


Layihədə Respublikanın müxtəlif regionlarından olan gənclər iştirak etmişdir. Layihənin məqsədi gənclər arasında maarifləndirmə aparmaq və həmçinin gənclərin qayıtdıqdan sonra öz regionlarında mənimsədiyi bilikləri region gəncləri ilə təlim və ya qrup müzakirələri formasında paylaşmasıdır.


Cəmiyyətimizdə vətəndaşlar arasında ictimai iştirakçılığın artması, vətəndaş mövqeyinin güclənməsi və s. müstəqil yanaşmalar sağlam gəncliyimiz və gələcəyimiz üçün böyük təhlükə doğuran "Qohum nikahlarının",bu nikahların yaradacağı problemlərin qarşısının alınmasında mühüm rol oynayır.


Bir daha unutmayaq ki,


 "Sağlam gələcək, bizimlə gələcək"!



Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur