05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Qızıl mədənində baş verən təbii fəlakət anından yeni görüntülər

14 fev 2024 18:00
GÜNDƏM
ads

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi ərazidə torpaq sürüşməsinin yeni görüntüləri ortaya çıxıb.

Publika.az xəbər verir ki, kadrlarda nəqliyyat vasitələrinin son anda torpaq altında qalmaqdan xilas olunması əks olunub.

Qeyd edək ki, təbii fəlakət dünən baş verib. Təxminən 10 milyon kubmetr torpaq sahəsi saniyədə 10 metr sürətlə 800 metr əraziyə yayılıb. İlkin məlumatlara görə, doqquz işçi itkin düşüb.

İşçilərin xilası üçün Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD), Türkiyə Silahlı Qüvvələri, Təhlükəsizlik Baş İdarəsi, mədənçilər və qeyri-hökumət təşkilatlarından ibarət ümumilikdə 827 şəxsi heyət axtarış-xilasetmə əməliyyatı həyata keçirir.

Sözügedən görüntüləri təqdim edirik:(Oxu.az)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur