Hərbçilərə döyüş tapşırıqları verildi - FOTO
Trampın dünyaya nizam və ədalət gətirəcəyini düşünənlər "axmaqcasına" səhv edirlər - RƏY
Saralmış dırnaqlar üçün təbii həll! Həftədə iki dəfə tətbiq etdikdə tamamilə ağ olur
Sızanaq deyib keçməyin! Xərçəngə səbəb olur
Bu rənglər makiyajda ən sevdiyiniz rənglər olacaq! Sadəlik təbiətdədir, pastelizm ön plandadır
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Qutb.az xəbər verir ki, satınalma Qubadlı rayonunun Mahruzlu kəndi üzrə yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənd daxili yollar) tikinti-quraşdırma işlərinin satın alınmasına aid olub.
Tenderin qalibi "Amal Group" MMC olub. Qalib şirkətə 23 milyon 782 min 656 manat ödəniləcək.
Qeyd edək ki, şirkət bu ilin fevralında "MİDA"nın 27 milyon 285 min 102 manat dəyərindəki "Qubadlı r.,Mahruzlu k.üzrə q/yaşayış binalarının,sahədaxili mühəndis kommunikasiya sistemlərinin(su,kanalizasiya,qaz xətləri,elektrik,rabitə şəbəkəsi və kənd daxili yollar)tikinti-quraşdırma işləri" tenderinin qalibi olub.
Qeyd edək ki, “Amal Group” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan İbrahimli Asif oğludur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, Ev 44, Caspian Plaza 2-ci korpus,15-ci mərtəbə ünvanında yerləşir. (Mənbə: fed.az)