Anar Nağılbazın övladları efirə çıxdı
"Qayıtmayan Qəhrəmanın Doğum Günü"
Bu gün Hüseynin ad günüdür…
1991-ci ilin bu günündə – avqustun 8-də Bakı şəhərində bir oğlu dünyaya gəldi Mətanət xanımın. Oğlunun ilk gülüşü, ilk addımı, ilk sözü ilə xoşbəxt olan ana, bilmirdi ki, bir gün o gülüşü yalnız xatirələrdə görəcək. Hüseyn əslən İrəvanlı idi, kökü yurd dərdi ilə yoğrulmuş bir ailədə böyümüşdü.
Hüseyn həm ailəsinin dayağı, həm də balaca qızı Nazlının qəhrəman atası idi. O, Azərbaycan Ordusunun kiçik çavuşu kimi Vətən torpağı uğrunda canını fəda etdi. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində, Füzulinin azadlığı uğrunda döyüşlərə qatıldı. 5 oktyabr 2020-ci ildə Alxanlı kəndi uğrunda gedən ağır döyüşdə igidcəsinə şəhid oldu.
O gündən sonra Mətanət ananın gözləri daim yaşlı qaldı… Ana hər səhər oğlunun şəklinə baxıb “Ad günün mübarək, balam…” deyir, amma cavabı yalnız sükut olur. O sükutun içində Hüseynin səsi, gülüşü, “Ana” deyə çağırışı yaşayır.
Hüseyn bu gün 34 yaşını qeyd edəcəkdi… Amma onun doğum gününü indi yalnız ruhu ilə, xatirəsi ilə, qəhrəmanlığı ilə yad edirik. II Şəhidlər Xiyabanında uyuyan Hüseyn, Prezidentin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olundu.
O, Nazlıya qürur, anasına isə göz yaşı qoyub getdi…
Amma Hüseynin adı, igidliyi və ruhu həmişə yaşayacaq. Ruhu şad, məkanı cənnət olsun! 🇦🇿