17.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Rəqsanənin həbsinin TƏFƏRRÜATLARI

17 avq 2025 18:00
GÜNDƏM
ads
Advertisement

Müğənni Rəqsanə İsmayılovanın həbsinin təfərrüatı məlum olub. 

 

Qutb.az xəbər verir ki, o, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.

 

Sayt bildirir ki, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağına vəd verərək dələduzluq əməlini törədib.

 

Həmin iş adamının yaxınlarının Rəqsanə İsmayılovaya 520 min dollar pul verdiyi deyilir. 

 

Lakin 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.

 

Bildirilir ki, həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İsmayılova polis əməkdaşları tərəfindən tutulub. Müğənni barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər (Miili.az).

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur