07.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Sabahın hava proqnozu açıqlandı: 30 dərəcə isti

06 iyn 2025 13:00
GÜNDƏM
ads
Advertisement

İyunun 7-nə gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Qutb.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 26-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur