Dünya çempionatında bu ölkələrin bayraqları qadağan edildi
Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan hazırkı Baş nazir Nikol Paşinyanın hakimiyyətdən getməsi üçün onunla bağlı impiçment (etimadsızlıq) təşəbbüsünü dəstəklədiyini vurğulayıb.
Qutb.az-ın məlumatına görə, Sarkisyan mayın 21-də jurnalistlərlə söhbətində “bəli biz impuçmentin tərəfdarıyıq” deyib.
Sarkisyanın sözlərinə görə, Paşinyana etimadsızlıq məsələsi 2026-cı ilin parlament seçkilərini gözləmədən gerçəkləşməldiir.
O vurğulayıb ki, indiki hakimiyyət əvvəllər də baş verdiyi kimi, bu il də ölkənin ərazi bütövlüyünə daha böyük ziyan vura bilər.
“Və heç bir zəmanət yoxdur ki, “sülh müqaviləsi” bəhanəsi ilə sonradan geri qaytarılması çox çətin olacaq güzəştlər edilməyəcək. Yaxın gələcəkdə - bəlkə də yaxın aylarda - Ermənistan liderinin qondarma sülh sazişi imzalayacağı ehtimalı yüksəkdir. Amma biz bu sənəddə dəqiq nə yazıldığını bilirik? Biz bilmirik”.
"Ola bilsin ki, bir-iki aya, artıq Tavuşda olduğu kimi, Ermənistan yenidən Azərbaycana müəyyən ərazilər verəcək. Bundan sonra da müxalifət seçkilərdə qalib gəlsə belə, biz bu torpaqları geri ala biləcəyikmi? Yoxsa "yaxşı, Artsaxdan əl çəkdik, Ermənistanın bir hissəsini verdik, bəs nə olacaq, biz də anklavı dəyişəcəyik, anklavdan da imtina edəcəyik?" deməliyik? Xeyr, mən bu mövqe ilə razılaşmıram, biz indidən bunun qarşısını almağa çalışmalıyıq”, – deyə Serj Sarkisyan müxalifətə çağırış edib.
Eks-prezident bildirib ki, Paşinyanın impiçment prosesi onun istefası ilə başa çatarsa, 2-ci precident Robert Köçəryanın baş nazir postuna mümkün namizədliyini dəstəkləməyə hazırdır.
Sarkisyana görə, qondarma “Artsax məsələsi” hələ açıq qalır: “Bu səhifə bağlanmayıb”.
O, gələcəkdə bu məsələdə böyük dəyişikliklərin olacağını da istisna etməyib.
"Əgər bu ideyanı yaşada biləcək fərdlər və ya siyasi qüvvələr varsa, əminəm ki, bir gün Ermənistandan kənarda olan nüfuzlu qüvvələr də bununla maraqlanacaqlar. Sonra isə “Artsax məsələsi”ni həyata keçirmək imkanı yaranacaq", - Sarkisyan bildirib.
O, bu gün Qarabağ ermənilərinin Qarabağa qayıtmasının yalnız beynəlxalq zəmanətlərin olması ilə mümkün olduğu fikrini ifadə edib.
Sarkisyanın sözlərinə görə, qayıdış yalnız beynəlxalq aktorların iştirakı ilə mümkündür:
“Beynəlxalq qüvvələrin iştirakı olmadan təhlükəsiz geri dönüşü təmin etmək mümkün deyil”, - Serj Sarkisyan vurğulayıb.