13.06.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Sənədsiz ev problemi parlamentdə - Bakıda 500 min, regionda DAHA ÇOX...

12 iyn 2025 13:00
GÜNDƏM
ads

“Məlumdur ki, 500 mindən artıq sənədsiz ev təkcə Bakı şəhərində var”.

Qutb.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, regionlarda bu say daha da çoxdur:

“Ötən ilin payızında subasma nəticəsində mənim də təmsil etdiyim Sabunçu rayonunun Sabunçu qəsəbəsində çox sayda sakinin mənzilinə ziyan dəymişdi. 30-a yaxın mənzilə baş çəkdim, məlum oldu ki, evlərin çoxunun sənədi yoxdur. Neftli sahədə yerləşdiyi üçün o evlərə neftli sular dolmuşdu, o evlərdə heç yaşamaq mümkün deyildi. O evlərdə yaşayan vətəndaşlara hansısa formada dəstək olmaq istəyirdik, amma evlərin sənədləri olmadığı üçün acınacaqlı durum yaranmışdı”.

Deputat əlavə edib ki, həmin ərazilərdə olan evlərə eyni zamanda neftli suların dolması da vəziyyəti daha da acınacaqlı edib:

“Həmin evlərin böyük əksəriyyəti Balaxanı neftin buruqlardan çıxan qurunt sularının axdığı kanalların üzərində tikilib. Həmin kanalların təmizlənməsinə ehtiyac var. Səndədsiz evlərlə bağlı evlərin problemi öz həllini tapmalıdır”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur