06.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Simpsonlardakı bu səhnə hər kəsi təəccübləndirdi: bu il görün nələr olacaq

10 iyl 2024 08:00
GÜNDƏM
ads

Məşhur Amerika cizgi filmi “The Simpsons” dünyanı şoka salan proqnozlarına yenisini əlavə edib.

Publika.az xəbər verir ki, 1989-cu ildən bəri bu cizgi film yumoristik məzmunu və uzaqgörən proqnozları ilə tamaşaçılarını təəccübləndirməyə davam edir. Son bölümlərdən birində verilən proqnoz 2024-cü il üçün böyük qlobal əks-səda doğurub.

Proqnoza görə, gözlənilməz hava hadisələri və temperaturun dəyişməsi səbəbindən dünya üzrə qida istehsalında ciddi azalmalar olacaq. Bu vəziyyətin kənd təsərrüfatı məhsullarının qida dəyərini aşağı salacağı və insan sağlamlığına mənfi təsir göstərəcəyi təxmin edilir. İzləyicilər sosial şəbəkələrdə bəzi səhnələrin əvvəllər yaşandığı kimi bu mənzərənin də reallığa çevriləcəyindən narahatdırlar.

Qeyd edək ki, 35 mövsümdür yayımlanan serial daha əvvəl “Apple Vision” eynəkləri, Ledi Qaqanın “Superbowl” performansı və Donald Trampın prezidentliyə namizədliyi kimi bir çox hadisəni proqnozlaşdırıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur