06.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Sualtı fiber optik kabel ZƏDƏLƏNDİ

26 yan 2025 19:00
GÜNDƏM
ads

Latviya və İsveç arasında Baltik dənizinin altında çəkilmiş sualtı fiber optik kabel, ehtimal ki, xarici təsirlər nəticəsində zədələnib.

QÜTB.AZ xəbər verir ki, bu barədə Latviyanın LSM portalı kabelin sahibi - Latviya Dövlət Radio və Televiziya Mərkəzi şirkətinə istinadla məlumat yayıb.

Yanvarın 26-da səhər saatlarında şirkətin monitorinq sistemləri Ventspils (Latviya) və Gotland (İsveç) arasındakı ərazidə məlumatların ötürülməsində problemlər aşkarlayıb.

"Hazırda kabelin əhəmiyyətli dərəcədə zədələndiyini və zərərin xarici təsirlərdən qaynaqlandığını düşünməyə əsas var", - şirkətin kommunikasiyalar şöbəsinin rəhbəri Vineta Spruhaine deyib.

Latviyanın baş naziri Evika Silina insidentlə bağlı məsul xidmət və nazirliklərin iştirakı ilə müşavirə çağırıldığını bildirib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur