01.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək

31 iyl 2025 14:00
GÜNDƏM
ads

Ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsilalma formasını dəyişdirməsinə yol verilməyəcək.

Qutb.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Kollegiyası bununla bağlı “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na dəyişiklik edib.

Qeyd edək ki, hazırda ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini, ixtisasını dəyişdirməsinə yol verilmir. Beləliklə, bundan sonra həmin subbakalavrların təhsilalma formasını dəyişdirməsinə də yol verilməyəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur