10.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Suriyada Türkiyəyə məxsus hərbi və mülki obyektlərə hücum edildi

01 iyl 2024 18:00
GÜNDƏM
ads

Türkiyə ordusunun Suriyadakı mövcudluq zonası boyu nümayişlər başlayıb.

Publika.az xəbər verir ki, suriyalılar türk hərbi bazalarına hücumlar ediblər.

Suriyanın şimalındakı bir sıra yaşayış məntəqələrində nümayişçilər Türkiyə bayraqlarını cırıb, yerli türkyönlü hakimiyyət orqanlarına və türk işçilərə hücum edib, şüşələri sındırıb, onlara məxsus yük və minik avtomobillərinə atəş açıblar.

Nümayişlərin dünən Kayseridə baş verənlərlə bağlı olduğu bildirilir. Belə ki, ötən gün suriyalı qaçqının 5 yaşlı qıza təcavüz etməsindən sonra Türkiyədə etirazlar başlayıb. Kayseri şəhərində etirazçılar avtomobilləri aşıraraq Suriya dükanlarını yandırıblar. Qəzəbli izdiham şübhəlini döyərək linç etmək istəsə də, polis həmin şəxsi aparıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur