14.05.25 | Bakı 19.50° C |
10:06:25
Lent :

Universitetlərimiz distant təhsilə hazır deyil - Deputat

14 may 2025 17:00
GÜNDƏM
ads

Ölkəmizdə distant təhsil formasının tətbiqi müzakirə olunan mövzular arasındadır. Son zamanlar bu istiqamətdə müəyyən addımlar da atılır.

Qutb.az mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovla həmsöhbət olub.

Pandemiya distant təhsili aktuallaşdırdı

Deputat bildirib ki, bu məsələ zaman-zaman müzakirə olunur:

“Distant təhsil formasına keçid olduqca vacib məsələlərdən biridir. Pandemiya dövründə cənab Prezident də bu məsələyə toxunmuş, öz mövqeyini bildirmişdi. Bu gün dünyada distant təhsil öz aktuallığını qoruyur və gələcəkdə də qoruyacaq. Biz deyə bilərik ki, distant olduqca vacib və əhəmiyyətli məsələdir. Bizdə distant təhsil adətən mənfi formada xarakterizə olunur. Amma vaxtdan səmərəli istifadə olunması, vaxt itkisinin qarşısının alınması, tıxaclarda qalmamaq baxımınndan olduqca vacib bir məsələdir. Hesab edirəm ki, müəyyən hallarda bunun tətbiqi də nəzərdən keçirilə bilər”.

Universitetlərimiz hazır deyil

C.Məmmədov qeyd edib ki, Azərbaycandakı ali təhsil müəssisələrinin əksəriyyəti distant təhsilə keçidə hazır deyil:

“Universitetlərin əksəriyyətində bununla bağlı problem var. Mən əvvəl də təklif vermişdim, biz bir distant təhsil mərkəzi yaratmaq barədə düşünməliyik. Bu istiqamətdə addımlar atılmalıdır. Belə bir mərkəz yaradılmalı və öz töhfəsini verməlidir. Bu, dünyada qəbul olunmuş və geniş istifadə olunan sistemdir. Biz də onu tətbiq etməliyik. Bütün istiqamətlərdə yox, bir sıra hallarda düşünməli və həyata keçirməliyik. Prosesi öz qaydasına salmaq üçün real istiqamətdə addımlar atmalı və tədbirlər həyata keçirməliyik ki, gələcəyə doğru prosesə öz töhfəmizi verək və bizim bu sahədə təhsil müəssisələrimiz olsun”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.50° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur