05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Xankəndidə toplantı - FOTO 

02 may 2025 15:00
GÜNDƏM
ads
Advertisement

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzinin  birgə təşkilatçılığı ilə Xankəndi şəhərində meşə, əkin və otlaq sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Xankəndi şəhərində yanğından mühafizə mövzusunda tədbir keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qutb.az-a verilən məlumata görə, Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən dövlət qurumlarının səlahiyyətləri şəxsləri, hüquq mühafizə orqanları, sahibkarlar və fermerlərin də  iştirak etrdiyi tədbirdə, meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı profilaktik tədbirlərin aparılmasında səmərəliliyin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb.

Maarifləndirmə tədbiri zamanı iştirakçılara meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos və məişət tullantılarının vaxtında təmizlənməsinə ilə bağlı müvafiq qaydalar izah olunub və yerli idarəetmə orqanları tərəfindən də mütəmadi olaraq əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur