Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr...
Sım kəndində aqroturizmin inkişafı: Dövlət Turizm Agentliyinin dəstəyi ilə yeni layihəyə start verildi
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu” ilə cərrahi əməliyyat olunmuş şəxsin ölməsi ilə prokurorluq tərəfindən araşdırma aparılır.
Bu barədə Qutb.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
"Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1965-ci il təvəllüdlü Siyavuş Rzayevin noyabrın 4-də həmin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır",-məlumatda deyilir..