07.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Xoşqədəm Hidayətqızıdan təsirli paylaşım: "Bağışla, ata..."

07 iyn 2025 14:00
GÜNDƏM
ads
Advertisement

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının atası Hidayət Baxşəliyev bu gün vəfat edib.

Qutb.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

Aparıcı atasının dərddən xəstəlik tapdığını bildirib: “Bu dünyadan bir kişi - adam kimi adam gəlib keçdi. Yurd həsrəti ilə qovruldu, dərddən xəstəlik tapdı. Yurduna, balasının ziyarətinə xəstə canla getdi.

Mənimlə getmək istədi yurduna… Qırılmış qəlbim arzusunun reallaşmasına imkan vermədi. Bu fotoda yanında deyiləm deyə, indi çox üzgünəm. Bağışla, ata, məndən asılı olmayan səbəblərdən iki arzunu həyata keçirə bilmədim. Ürəyimdə böyük bir yara kimi qaldı. Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin,  Allahdan sonra tək sığındığım limanım idin. Bağışla, səni bir ömür yanımda saxlamaq əlimdən gəlmədi...”

Qeyd edək ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aparıcı, həmçinin bir müddət əvvəl anası Ofeliya Baxşəliyevanı da itirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur