02.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Arıqlamaq üçün sirkə turşusu içdi - Zəhərlənərək öldü

02 avq 2025 12:00
HADİSƏ
ads

Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini zəhərlənərək ölüb.

Qutb.az məlumat verir ki,Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Əlixanov Yusif Aydəmir oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, o, arıqlamaq məqsədilə sirkə turşusu qəbul etdikdən sonra halı pisləşib. Y.Əlixanov əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Kliniki Toksikologiya Mərkəzinin reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, Yusif Əlixanov reanimasiya şöbəsində həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur