Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın başlayıb.
Qutb.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.