05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

“Facebook” Azərbaycan bayrağı nişanını Ermənistanınkı ilə əvəzlədi - RƏSMİ AÇIQLAMA

28 avq 2023 18:00
HADİSƏ
ads
Advertisement

"Facebook" sosial şəbəkəsində paylaşımların tərcüməsi zamanı Azərbaycan bayrağını əks etdirən nişan Ermənistan bayrağı ilə əvəz edilir.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məsələ barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.

Xidmətin nümayəndəsi Ləman Hüseynzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, "Facebook" sosial şəbəkəsində paylaşımlarda Azərbaycan bayrağı ilə əlaqədar yaranmış neqativ halın aradan qaldırılması məqsədilə ETX sosial şəbəkənin inzibatçısı "Meta Platforms, Inc." şirkətinə müraciət ünvanlayıb:

"Elektron Təhlükəsizlik Xidməti tərəfindən edilmiş müraciət nəticəsində yaranmış neqativ hal aradan qaldırılıb".

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur