07.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

İki erməni Azərbaycan ərazisinə KEÇİB

06 iyn 2025 13:00
HADİSƏ
ads

Ermənistanın Sünik (Zəngəzur) bölgəsində iki azyaşlı sakin azaraq Azərbaycan ərazisinə keçib.

Qutb.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Alınan məlumata görə, Ermənistanın Sünik rayonunun Tex icmasının sakinləri Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) 2025-ci il iyunun 6-da saat 01:20 radələrində Sünik rayonuna bitişik Aravus kəndi yaxınlığındakı ərazidə itiblər”.

Ermənistan Milli Təhlükəsizlik Xidməti onların Azərbaycan ərazisinə keçdiyini güman edir.

“Vətəndaşların yerinin müəyyən edilməsi və təhlükəsiz qayıtmasının təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür”, - deyə Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur