08.06.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Mingəçevirdə ər-arvadın ölümü ilə bağlı yeni faktlar

07 iyn 2025 20:00
HADİSƏ
ads

Ötən gün Mingəçevirdə mənzildən ər-arvadın meyiti tapılıb.

 

Qutb.az Teleqraf-a istinadən xəbər verir ki, evdə xanımı ilə birgə meyiti aşkarlanan 64 yaşlı kişi Rusiya vətəndaşıdır.

 

Belə ki, hadisə şəhərin 20 Yanvar küçəsi, 6 ünvanında yerləşən həyət evində baş verib.

 

Həmin ünvandakı evdə ölmüş vəziyyətə aşkarlanan 1961-ci il təvəllüdlü Mustafa Babayevin və onun 1962-ci il təvəllüdlü xanımı Sayalı Babayevanın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

 

Mərhum Mustafa Babayevin qudası - qızının qayınatası Nuraləm Əsgərovun verdiyi məlumata görə, bir oğul və bir qız övladı olan mərhum cütlük mehriban və xoşbəxt yaşayıb. Rusiya vətəndaşı olan Mustafa Babayev 30 il orada fasiləsiz yaşayıb.

 

Ailənin xoşbəxtliyi iki ay öncə pozulub. Ailənin Rusiyada yaşayan yeganə oğul övladı Murad münaqişə zəminində tacik millətindən olan cinayətkarlar tərəfindən qətlə yetirilib. Mərhumun meyiti Mingəçevirə gətirilərək dəfn olunub.

 

Mayın 1-də Muradın 40 günlük yas mərasimi keçirilib.

 

Yaxınlarının sözlərinə görə, övlad itkisi ata-ananın dərin üzüntüsünə səbəb olub. Xəstə olan ana infarkt keçirib.

 

Dünən Sayalı Babayeva növbəti dəfə infarkt keçirərək vəfat edib.

 

Həyat yoldaşının öldüyünü görən Mustafa Babayev qudası Nurələm kişiyə və dostuna qısa məzmunlu mesaj yazıb: “Oğlum vaxtsız getdi, Sayalım da öldü. Daha yaşamağa həvəsim yoxdur. Salamat qalın, mən gedirəm. 15 dəqiqə sonra gələrsiniz bizə”.

 

Mesajı göndərdikdən dərhal sonra Mustafa Babayev həyətdə özünü asaraq öldürüb.

 

Mesajı alan quda, kürəkən və digər doğmalar tələsik özlərini həmin ünvana çatdırsalar da, ər-arvadı ölmüş vəziyyətdə aşkar ediblər.

 

Qeyd edək ki, ailədən yeganə sağ qalan ailəli qız övladıdır. Rusiyada qətlə yetirilmiş Murad subay olub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur