Bu gün 33 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacaq - FAKTİKİ HAVA
Şəhid Məmmədov Rəcəb Xalid oğlunun bacısı Məmmədova Aytən Xalid qızı intihar edib.
QUTB.AZ xəbər verir ki hadisə Xətai rayonu Polad Həşimov küçəsi 37 ci bina 4 cü mərtəbəsində baş verib. Gənc qız özünü yaşadığı evin eyvanından atıb. Təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına aparılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının dediyinə görə, Aytən Məmmədova hadisə baş vermədən əvvəl qardaşını yuxuda gördüyünü və onu gözlədiyini deyib.
Hadisə ilə bağlı Xətai rayon polis idarəsində araşdırma aparılır.