13.10.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Xaçmazda maşın çaya aşdı - yaralılar var

26 sen 2025 23:00
HADİSƏ
ads
Advertisement

Xaçmazda "Mitsubishi Pajero" markalı minik avtomobili çaya aşıb.

 

Qutb.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Xaçmaz rayonu Hülövlü kənd sakini Tural İskəndərov toydan qayıdarkən Ağçayın üzərindən keçərkən idarə etdiyi avtomobil idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.

 

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Qəza səbəbindən yolda uzun tıxac yaranıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur