10.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Yeniyetmələr Qaraçuxurda maşın oğurladı

03 yan 2024 08:00
HADİSƏ
ads

Yanvarın 1-də saat 12 radələrində paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən avtomobillərin təmiri sexindən “Hunday” markalı avtomobil qaçırılıb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onların təmiri sexində olan “Mersedes” və “Toyota” markalı avtomobilləri əzmələri və şüşələrini sındırmaları, habelə “Hunday” markalı avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları da müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur