06.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Azərbaycan futboluna layiq olmağa çalışmışam - Qara

06 may 2025 02:00
İDMAN
ads

“Sabah”la oyunda çempionatda 350-ci matçına çıxan “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev bununla bağlı təəssüratlarını bölüşüb.

 

Qutb.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında deyib:

 

 

“Azərbaycan çempionatlarında 350 oyun keçirməyimdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Bu rəqəmə çatmaq üçün çox əziyyət çəkmişəm. Bunun üçün həm saglam xarakterə, düşüncəyə, həm də nizam-intizama sahib olmalı, fiziki durumu qorumalısan. Şükürlər olsun ki, bunları qoruyub saxlamışam".

 

Q.Qarayev hədəfinin daha çox oyun keçirmək olduğunu qeyd edib: "350-də dayanmaq fikrim yoxdur. Hədəfim fiziki gücüm imkan verdiyi qədər daha çox oyun keçirməkdir. İlk oyunumdan bu günə qədər bütün görüşlərim əhəmiyyətlidir, hər birinin özünəməxsus yeri, uğuru, xatirəsi var. Dəyərini dərk edirəm. Karyeramın bundan sonrakı hissəsində də keçirəcəyim oyunlara eyni dəyəri, keyfiyyəti qatmağa çalışacağam. Azərbaycan futboluna layiq olmağa çalışmışam, bundan sonra da belə olacaq”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur