06.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı

01 dek 2024 15:00
İDMAN
ads
Advertisement

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının yeni reytinq cədvəlini açıqlayıb.

QÜTB.AZ xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ilk pillədə yer alıb.

Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 450 xalla ikinci, Paris-2024-ün digər qalibi, cüdoçu Zelim Kotsoyev (350 xal) isə üçüncüdür.

İlk “10-luq”da qadın atlet Anna Skidan (315 xal), cüdoçu Elcan Hacıyev (300 xal), idman gimnastı Nikita Simonov (285 xal), cüdoçu Balabəy Ağayev (280 xal), bədii gimnast Zöhrə Ağamirova (225 xal), cüdoçular Yaşar Nəcəfov və Zelim Tçkayev (hər ikisi 200 xal) yer alıblar.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur