05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Braziliya klubu Marselo ilə müqaviləyə xitam verdi

03 noy 2024 00:00
İDMAN
ads

Braziliya millisinin sabiq üzvü Marselo "Fluminense"dən (Braziliya) ayrılıb.

QÜTB.AZ klubun rəsmi saytına istinadla xəbər verir ki, 37 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Futbolçu 2023-cü ildən "Fluminense"nin formasını geyinirdi.

Marselo ötən gün Braziliya A Seriyasının XXXII turunda "Qremio" ilə keçirilmiş matçda oyuna daxil olmağa hazırlaşarkən baş məşqçisi Mano Menezes ilə arasında söz münaqişəsi yaranıb. Mütəxəssis daha sonra fikrini dəyişərək əsəbi halda 37 yaşlı müdafiəçini ehtiyat oyunçular skamyasına göndərib.

Qeyd edək ki, Marselo karyerasının ən parlaq dönəmini İspaniyanın “Real Madrid” komandasında keçirib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur