10.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Məhəmməd Salah üçüncü dəfə ilin futbolçusu seçildi

10 may 2025 12:00
İDMAN
ads

Futbol Yazarları Assosiasiyasının (FWA) versiyasına əsasən İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

Qutb.az xəbər verir ki, "Liverpul"un futbolçusu Məhəmməd Salah ən yaxşı seçilib.

Misirli vinger üçüncü dəfə bu mükafata layiq görülüb. 32 yaşlı oyunçu 2017/18 və 2021/22 mövsümlərində də eyni mükafatı alıb.

Qeyd edək ki, Məhəmməd Salahın formasını geyindiyi "Liverpul" İngiltərə çempionluğunu rəsmiləşdirib.

32 yaşlı futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 35 oyunda 28 qol vurub, 18 qol ötürməsi edib.

Forvard 2017-ci ildən "Liverpul"un formasını geyinir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur