09.05.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Məşhur idman şərhçisi vəfat etdi

19 mar 2024 17:00
İDMAN
ads

Rusiyanın tanınmış idman şərhçisi və jurnalisti Vasili Utkin vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, ölümün ilkin səbəbi ağciyər emboliyasıdır - qan laxtası qopub.

Martın 19-da Utkin təcili olaraq Moskva xəstəxanalarından birinə yerləşdirilib. Həkimlər onu xilas edə bilməyiblər.

Ölümündən əvvəl Vasili Utkin ürək-damar sisteminin ciddi xəstəliyindən əziyyət çəkirdi. 2023-cü ilin oktyabr ayının sonunda ona ateroskleroz diaqnozu qoyulub. Son aylarda Utkinin çəkisi 200 kq-dan çox idi. Həkimlər ona təcili olaraq pəhriz saxlamağı və arıqlamağa başlamağı şiddətlə tövsiyə ediblər.

Vasili Utkin 1990-cı illərin ortalarında NTV və NTV-Plusda futbol şərhçisi kimi şöhrət qazanıb. Televiziyada “Futbol Klubu” verilişinə aparıcılıq edib. Ayrıldıqdan sonra "YouTube" kanalında eyniadlı verilişin müəllifi olub.

Utkin 2004 və 2005-ci illərdə "Ən yaxşı idman şərhçisi" kateqoriyasında TEFI mükafatının qalibidir.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur