Ərdoğan Baş naziri Əli Əsədovu qəbul edib
Sabah bu siniflərdə monitorinq keçiriləcək
Bu gün milli komandamız növbəti yoxlama oyununu keçirəcək.
Qutb.az xəbər verir ki, Fernandu Santuşun çalışdırdığı kollektiv Bakıda Belarusla üz-üzə gələcək.
Bu, Azərbaycan millisinin 2025-ci ildə ikinci yoxlama görüşü olacaq. Martın 22-də Sumqayıtda Haiti ilə üz-üzə gələn yığmamız rəqibinə 0:3 hesabı ilə uduzub.
Belarus isə sonuncu yoldaşlıq görüşünü martın 21-də səfərdə Tacikistana qarşı keçirib və 5:0 hesablı qələbə qazanıb.
Milli komandamız bu gün ilk dəfə “Bank Respublika Arena”da meydana çıxacaq.
Yoxlama oyunu
25 mart
21:45. Azərbaycan - Belarus
Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)
“Bank Respublika Arena”.