05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

“Qəbələ” “Mingəçevir”i darmadağın etdi

19 avq 2024 23:00
İDMAN
ads

“Qəbələ” yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

QÜTB.AZ xəbər verir ki, “qırmızı-qaralar” “Mingəçevir”lə üz-üzə gəlib.

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilən görüş “Qəbələ”nin üstünlüyü ilə keçib. Dörd cavabsız qol vuran “Qəbələ” səfərdəki yoxlama matçından qalib ayrılıb. Meydan sahiblərinin qapısına Ruslan Voronsov, Domi Jaures, Sənan Ağalarov və Mehrac Baxşalı yol tapıblar.

Bu, “qırmızı-qaralar”ın yoxlama oyunlarında ardıcıl 3-cü qələbəsi olub. Küveyt təmsilçisi “Əl-Yarmuk”la heç-heçə (2:2) edən komanda “Zaqatala” (2:0) və “Cəbrayıl”a (5:2) da qalib gəlib.

Qeyd edək ki, “Qəbələ” hazırlıq çərçivəsində daha iki matç keçirəcək.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur