Peşə təhsili müəssisələrinə işə qəbula start verilib
UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
Qutb.az xəbər verir ki, yarımfinalın cavab oyunları çərçivəsində İtaliyanın "İnter" klubu öz meydanında İspaniya "Barselona"sı ilə qarşılaşıb. İspaniyada keçirilən ilk görüşdə 3:3 hesabı qeydə alındığından cavab matçına böyük maraq vardı.
"İnter" oyunda 4:3 hesabı ilə qələbə qazanmaqla adını Çempionlar Liqasının finalına yazdırıb.
Qeyd edək ki, yarımfinalın digər cavab matçı mayın 7-də keçiriləcək. PSJ səfərdə qalib gəldiyi (1:0) "Arsenal"ı qəbul edəcək.
6 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
"İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 4:3
Qollar: Martinez, 21(1:0), Çalhanoğlu, 45+1 (2:0), Qarsia, 54 (2:1), Olmo, 60 (2:2), Rafinya, 87 (2:3), Açerbi, 90+3 (3:3), Fratessi, 99 (4:3)
İlk oyun - 3:3