20.08.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

"Qarabağ"dan Macarıstanda İNAMLI QƏLƏBƏ

20 avq 2025 04:00
İDMAN
ads
Advertisement

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.

 

Qutb.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

 

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

 

İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər .67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə isə rəqib qapısına yol tapan Musa Qurbanlı yekun hesabı müəyyənləşdirib.

 

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

 

***

00:44

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda daha bir qol vurulub.

 

Qutb.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də artırıb - 3:1.

 

85-ci dəqiqədə Musa Qurbanlı meydan sahiblərini oyunu mərkəzdən başlamağa məcbur edib.

***

00:25

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

 

Qutb.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb- 2:1.

 

67-ci dəqiqədə Kevin Medina diqqət mərkəzinə düşüb.

***

00:08

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferensvaroş"la “Qarabağ” arasında keçirilən oyunda ikinci qol vurulub.

 

Qutb.az xəbər verir ki, görüşün 50-ci dəqiqəsində Marko Yankoviç rəqibi cəzalandırıb.

 

***

23:34

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferensvaroş"la “Qarabağ” arasında keçirilən ilk oyunda hesab açılıb.

 

Qutb.az xəbər verir ki, görüşün 29-cu dəqiqəsində Barnabaş Varqa fərqlənib.

 

***

23:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçı start götürüb.

 

Qutb.az xəbər verir ki, qarşılaşması "Qroupama Arena" stadionunda keçirilir.

 

Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur