23.10.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Rəqibin ustalıq keyfiyyəti bizdən daha yüksək idi - Qurban Qurbanov

23 okt 2025 04:02
İDMAN
ads

Ümumən çox yaxşı oyun alındı. Təbii ki, istərdik ki, məğlub olmayaq. Şanslarımız da var idi. Sona kimi mübarizə apardıq. Dinamik və sürətli komandaya qarşı oynamaq futbolçular üçün heç də asan olmadı.

 

Qutb.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Atletik” klubuna 1:3 hesabı ilə məğlub olduqları III tur matçından sonra təşkil olunmuş mətbuat konfransında deyib.

 

O, rəqibin 90 dəqiqə ərzində təzyiq göstərdiyini bildirib: “Oyuna çox yaxşı başladıq. Yaxşı hücumlarımız oldu. Sadəcə, dəqiqlik çatmadı. Rəqibin ustalıq keyfiyyəti bizdən daha yüksək idi”.

 

Mütəxəssis oyundan-oyuna məsuliyyətin daha da artdığını deyib: “Rəqiblər də xal qazanmaq üçün qalib gəlmək, növbəti mərhələyə adlamaq üçün şanslarını artırmaq istəyəcəklər. Hər şeyə hazır olmalıyıq. Qarşıdakı görüşlərdə daha intizamlı oynamalıyıq. Azarkeşlərimizə də bizləri tək qoymadıqlarına görə təşəkkür edirəm”.

 

Qeyd edək ki, hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur