02.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Azərbaycan qazının Suriyaya ixracına start verilir - TARİXİ HADİSƏ!

02 avq 2025 12:00
İQTİSADİYYAT
ads

Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı ilə bağlı Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimi keçirilir.

Qutb.az xəbər verir ki, açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti, Suriyanın energetika naziri Muhəmməd əl-Bəşir iştirak edirlər.

Rəsmi qonaqlar Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqlinə start verilməsini əks etdirən açılışı həyata keçirəcəklər.

Qeyd edək ki, cari ilin iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

İlk mərhələdə illik 1,2 milyard kubmetr qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına nəql olunacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində Suriyada 1200-1300 meqavatlıq elektrik enerjisinin istehsalı hədəflənir.

Buna qədərki proseslərə nəzər salsaq, aprelin 11-də Azərbaycan və Suriya prezidentlərinin Antalya forumu zamanı görüşü, iyulun 12-də isə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri baş tutub. Keçirilən görüşlər zamanı Azərbaycan Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına, bərpa-quruculuq prosesinə töhfə verməyə hazır olduğunu ifadə edib. Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Suriyada səfərdə olub, bu ölkənin bərpasına Azərbaycanın nə kimi dəstək verə biləcəyini öyrənib. Beləliklə, Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətinin bir hissəsinə çevrilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur