Dəriyə çox zərər verir! Təsiri azaltmaq üçün bunları edin
Bu gün QÜTB.AZ-ın 2 yaşı tamam olur
Leyla Əliyeva və Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB)yeni inşa edilmiş binasının açılışını ediblər.
Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.
Qutb.az xəbər verir ki, Prezident İlham Əliyev “Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.