Türkiyədə kütləvi dava olub, ölən və yaralananlar var
AUİB və “Əhmədbəy Ağaoğlu” Milli Araşdırmalar İctimai Birliyi arasında memorandum imzalanıb
Dünyada koronavirusa yoluxanların sayı 617 142 025 nəfərə çatıb.
Bu barədə Qutb.az ayrı-ayrı ölkələrin koronavirusla bağlı statistikasına istinadən xəbər verir.
Koronavirus pandemiyası ərzində dünyada 6 530 643 nəfər COVID-19-dan ölüb. Bununla yanaşı, virusa yoluxmuş 596 641 729 insan sağalıb.
COVID-19-a ən çox yoluxma ABŞ-da (97 497 691), Hindistanda (44 536 468), Fransada (34 916 384), həmçinin Braziliyada, Almaniyada, Cənubi Koreyada, Böyük Britaniyada, İtaliyada qeydə alınıb.
Dünyada koronavirusdan ən çox ölüm ABŞ-da (1 078 663, son sutkada daha 7 ölüm), Braziliyada (685 410), Hindistanda (528 337), Rusiyada (386 045), Meksikada, Böyük Britaniyada aşkarlanıb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.