Ermənilərin daha iki texnikası və bir postu sıradan çıxarıldı - VİDEO
Azərbaycanı 2026-cı ildə beynəlxalq oyunlarda təmsil edəcək referilərin siyahısı FIFA tərəfindən təsdiqlənib.
AFFA-dan Qutb.az-a verilən məlumata görə, əvvəlki illərlə müqayisədə beynəlxalq FIFA referilərinin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub.
FIFA referiləri
Kişilər
Əliyar Ağayev
Elçin Məsiyev
Kamal Umudlu
Tural Qurbanov (yeni)
Qadınlar
Fəridə Lütfəliyeva
Referi köməkçiləri
Zeynal Zeynalov
Akif Əmirəli
Elşad Abdullayev
Pərvin Talıbov
Namiq Hüseynov
Vüsal Məmmədov
Cəmil Qulliyev (yeni)
Asiman Əzizli (yeni)
Qadınlar
Gülnurə Əkbərzadə
Sevda Nurıyeva
VAR hakimləri
Nicat İsmayıllı (yeni)
İnqilab Məmmədov (yeni)
Fərid Hacıyev (yeni)
Futzal üzrə referilər:
Hikmət Qafarlı
Knyaz Əmiraslanov
Əli Cəbrayılov
Çimərlik futbolu üzrə referi
Nail Nağıyev
Yeni FIFA referilərinin siyahıya daxil edilməsi münasibətilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev ədalət təmsilçiləri ilə görüşərək onları təbrik edib, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Görüşdə, həmçinin AFFA baş katibinin müşaviri Frank de Blekere, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər. Görüş zamanı hakimliyin inkişaf perspektivləri, beynəlxalq təyinatların artırılması və referilərin peşəkar hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.